Nazir Toğrul Nəsirlini yüksək vəzifəyə təyin etdi – FOTO

Nazir Toğrul Nəsirlini yüksək vəzifəyə təyin etdi – FOTO

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimai qurumlarla əlaqə şöbəsinin inspektoru, polis baş leytenantı Toğrul Nəsirli yeni vəzifəyə təyin edilib.

NOCOMMENT.az Report-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, T.Nəsirli BDYPİ-nin İctimai qurumlarla əlaqə şöbəsinin baş inspektoru təyin olunub.

Bundan başqa, nazirin digər əmri ilə ona polis kapitanı rütbəsi verilib.

BDYPİ-dən fakt təsdiqlənib.