Nazirlikdən anadangəlmə əlilin pensiyasının kəsilməsinə CAVAB – VİDEO

Nazirlikdən anadangəlmə əlilin pensiyasının kəsilməsinə CAVAB – VİDEO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Gəncə şəhər sakini 1965-ci il təvəllüdlü Abbas Hüseynovun əlillik dərəcəsi üçün ona kəsilən pensiyanın dayandırılması ilə bağlı şikayətinə aydınlıq gətirib.

NOCOMMENT xəbər verir ki, qurumdan oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Hüseynov Abbas Vaqif oğlunun əlilliyinin qiymətləndirilməsi Gəncə şəhər xəstəxanası tərəfindən elektron sistemə daxil edilmiş göndəriş əsasında və onun iştirakı olmadan aparılıb:

“Qiymətləndirilmə zamanı müəyyən edilib ki, göndərişdə əsas diaqnozu təsdiq edəcək ixtisaslaşmış tibb müəssisəsinin Elmi-Tədqiqat Ttravmatologiya Ortopediya İnstitutunun rəyi qeyd edilməyib.

Eyni zamanda, sənəddə A.Hüseynovun onurğa sütununun IV dərəcəli kifozu və skaliozunu təsdiq edən diaqnostik müayinələrin nəticələri də əksini tapmayıb.

Göndərişin bu kimi natamam olmasına görə əlilliyin qiymətləndirilməsi mümkün olmayıb”.

“Buna baxmayaraq, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yerli tibbi sosial ekspert komissiyasının eksperti tərəfindən A.Hüseynovun mövcud sağlamlıq vəziyyəti əyani şəkildə daha ətraflı müayinə ediləcək. Müayinənin nəticəsinə əsasən müvafiq qərar veriləcək”.

Qeyd edək ki, ötən gün A.Hüseynov anadangəlmə kifoskolyaz xəstəliyindən əziyyət çəkdiyini və əlillik dərəcəsi üçün ona kəsilən pensiyanın dayandırılmasından şikayət edib.