Peyvənd olunanların sayı açıqlanıb

Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus əleyhinə 9 660 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 709, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 856, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 7 547, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 548 nəfərdir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 558 968, birinci doza peyvəndlərin ümumi sayı 5 331 706, ikinci doza vaksinlərin sayı 4 833 723 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 159 255, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 234 284 olub.