Peyvənd olunanların sayı açıqlanıb

Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus əleyhinə 8 233 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 582, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 677, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 6 498, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 476 nəfərdir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 567 201, birinci doza peyvəndlərin ümumi sayı 5 332 288, ikinci doza vaksinlərin sayı 4 834 400 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 165 753, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 234 760 olub.