Peyvənd olunanların sayı açıqlanıb

Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus əleyhinə 7 549 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 659, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 521, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 5 928, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 441 nəfərdir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 582 353, birinci doza peyvəndlərin ümumi sayı 5 333 499, ikinci doza vaksinlərin sayı 4 835 459 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 177 699, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 235 696 olub.