Peyvənd olunanların sayı açıqlanıb

Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus əleyhinə 10 301 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 601, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 823, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 8 282, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 595 nəfərdir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 513 935, birinci doza peyvəndlərin ümumi sayı 5 328 620, ikinci doza vaksinlərin sayı 4 829 985 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 123 615, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 231 715 olub.