Peyvənd olunanların STATİSTİKASI

Peyvənd olunanların STATİSTİKASI

Azərbaycanda son sutkada 2162 nəfər vaksinasiya olunub.

NOCOMMENT xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Gün ərzində birinci doza vaksinlərin sayı 304, ikinci doza vaksinlərin sayı 176 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 494-dır. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 188 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 723 446, birinci doza peyvəndlərin ümumi sayı 5 347 805, ikinci doza vaksinlərin sayı 4 848 875 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 280 934, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 245 832 olub.