Bakının “Tarqovı” adlanan ərazisində xidmət aparan polis əməkdaşlarının dilənçini təpikləməsi sosial şəbəkələrdə gündəm olub.
NOCOMMENT xəbər verir ki, bu barədə “Portağal Media” görüntülər yayıb.
Videoda polis əməkdaşının dilənçiliklə məşğul olan qadını təhdid edərək, ona qarşı zorakılıq tətbiq etməsi əks olunub. Kadrlarda polis əməkdaşının qadını təpiklə vurması görünür. Daha sonra o, digər polis əməkdaşlarını çəkiliş aparan jurnalisti ərazidən uzaqlaşdırmağa çağırıb.
Sözügedən kadrları təqdim edirik:










