Prokurorun işdən çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Prokurorun işdən çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Baş Prokurorluq Masallı rayon prokurorunun işdən çıxarılması barədə xəbərlərlə bağlı məlumat yayıb.

NOCOMMENT.az xəbər verir ki, dövlət qurumu bu məlumatın yalan olduğunu açıqlayıb:

“Bəzi kütləvi informasiya vasitələrində Masallı rayon prokuroru Vəli Mustafayevin xidməti vəzifəsindən azad edilərək prokurorluq orqanlarından xaric edilməsi ilə bağlı informasiyalar yayılıb.

Qeyd edilən məlumatlar tərəfimizdən təkzib edilməklə bildiririk ki, həqiqətə uyğun olmayan, müvafiq dövlət qurumu ilə dəqiqləşdirilməmiş, eləcə də ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş məlumatların yayılması qanunvericiliklə qadağan olunduğundan həmin media subyektləri barəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcək”.