Artan hərbi və iqtisadi problemlər fonunda Vladimir Putin güc balansını qəti şəkildə xüsusi xidmət orqanlarının xeyrinə dəyişir. Prezident Administrasiyasındakı mülki məmurlar əvvəlki təsirlərini itirirlər.
NOCOMMENT.az xəbər verir ki, Kreml FSB-yə heç bir hesabat vermədən istənilən şəxsə qarşı təhqiqat aparmaq üçün faktiki olaraq məhdudiyyətsiz səlahiyyətlər verib. "Bloomberg" mənbələrinin məlumatına görə, məhz bu xüsusi xidmət orqanı indi "Telegram"a hücum çərçivəsində Pavel Durovluq terrorizmdə ittiham irəli sürməyə çalışır.
Qorxu atmosferi həm elita nümayəndələrini, həm də orta təbəqəni bürüyüb. Əvvəllər Aleksey Navalnı və Vladimir Kara-Mürzanın zəhərlənməsinin arxasında duran FSB-nin İkinci xidməti (konstitusiya quruculuğunun müdafiəsi və terrorizmlə mübarizə üzrə) xüsusi təsir gücü əldə edib. Bu gün həmin qurum rejimə hər hansı sədaqətsizliyi təqib edir, mədəniyyət xadimlərinin "qara siyahı"larını aparır, "ekstremizm" və ordunu "diskreditasiya" maddələrindən istifadə edərək fikir azadlığını sərt şəkildə boğur.
Sara,
NOCOMMENT.az









