Qarabağda ceyran ovlayanlara DİN-dən XƏBƏRDARLIQ

Qarabağda ceyran ovlayanlara DİN-dən XƏBƏRDARLIQ

İşğaldan azad olunan ərazilərdə flora və faunanın mühafizəsi daxili işlər orqanlarının diqqət mərkəzindədir, xüsusi olaraq nəzarət tədbirləri həyata keçirilir.

Bu barədə NOCOMMENT-ə Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib.

“Həmin ərazilərdə nadir heyvan növlərinin – dağ keçiləri, cüyürlər, ayılar, bəbir, ular, Qafqaz tetrasının, çaylarda isə balıqların ovlanmasına, ona zərər yetirilməsinə icazə verilmir. Həmin əraziyə gedən şəxslər bu barədə təlimatlandırılır.

O gözəlliyi qorumaq, onun genişlənməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə Daxili İşlər Nazirliyi tərəfindən polis və Daxili Qoşunlarının hərbi qulluqçularına müvafiq göstərişlər verilib”, – deyə DİN rəsmisi qeyd edib.