Qarabağdan DƏHŞƏTLİ XƏBƏR GƏLDİ – Minaya düşən var

Qarabağdan DƏHŞƏTLİ XƏBƏR GƏLDİ – Minaya düşən var

İyunun 19-u saat 11 radələrində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1992-ci il təvəllüdlü Əli Şükürov Cəbrayıl rayonunun Xudafərin kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

NOCOMMENT.az-a bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.