“Qızını döyməyən, dizini döyər” – Uşaqları döymək çarədirmi?

“Qızını döyməyən, dizini döyər” – Uşaqları döymək çarədirmi?

Valideyn olduqdan sonra insanların qarşısında daha böyük məsuliyyət dayanır. Düzgün tərbiyə metodları.  Bu məsələ bütün dövrlərdə valideynlər üçün ən aktual vəziyyət olub.  

Hər bir valideynin arzusudur ki, övladının sağlam tərzdə tərbiyə etmək istəsin. Lakin bəzən bilmədən etdiyimiz yanlışlıqlar övladlarımızın psixoloji durumuna sarsıdıcı zərbələr də vura bilir.

Əsasən övlad tərbiyəsində yaşlı nəsillə gənc valideynlər arasında fikirlər haçalanır. Ümumiyyətlə, sovet tərbiyəsi görən nəslin fikrincə, “Tərbiyə etmək” adı altında uşaqların döyülməsi daha doğru metod sayılır.

NOCOMMENT.az xəbər verir ki, Məsələ ilə bağlı Ednews-a danışan psixoloq Fərqanə Mehmanqızı düşünür ki, əgər yaşlı nəsil cavanları nədəsə ittiham edirlərsə, demək bunu özlərinə edirlər. Çünki…

Vəzifəli şəxs tərəfindən təhdid edilən psixoloq: “Arvadına görə mənə deyirdi ki…” – MÜSAHİBƏ | Gənc Ailə

“Yeni nəsili kim yetişdirib? Əlbəttə ki, köhnə nəsil. Ona görə də, əgər onlar cavanlarda nəyi bəyənmirlərsə, demək özlərini tənbeh edirlər. Çünki bu kənardan öz yetişdirdiyi və verdiyi tərbiyəni bəyənməmək kimi görünür”.

Mütəxəssisin fikrincə, ümumiyyətlə, uşağı döyə-döyə tərbiyələndirmək cəhdi cahillikdir.

“Fərq etməz, bu fiziki və ya psixoloji şiddətdir. Övladı gərək sağlam sütunlar üzərində yetişdirmək lazımdır. Biz ilk olaraq, valideyn olmağa hazır olmalıyıq ki, daha sonra övladı dünyaya gətirək və ona düzgün tərbiyə verə bilək. Çünki biz yeni nəslin təməlini qoyuruq, bunun üçün özümüz tam formalaşmalıyıq”.

“Qızını döyməyən, dizini döyər”… 

F.Mehmanqızının fikrincə, bəziləri qədim məsəlləri özlərinə deviz tutub, haqlı olduqlarını sübut etmək üçün tərbiyə metodlarını diktə etməyə çalışırlar.

“Bu məsəllər günümüzə gəlib çatana qədər, artıq öz məğzini və kökünü itiriblər. Yəni səthi yadda qalır. Məhz bu atalar sözü də onlara aid edilir. Belə bir deyim də var ki, övladlarımızı zəmanəmizə, cəmiyyətə uyğun yetişdirməliyik”.

F.Mehmanqızı, həmçinin ailədə qayda-qanunun, daxili nizam-intizamın olmasının önəmindən də danışıb.

“İnsan, yetişdirərkən balansa fikir verilməlidir. Uşaq dünyaya göz açandan xüsusi qaydalara, ev tərbiyəsinə öyrənməlidir. Çünki nizam-intizamsız uşaq cəmiyyətə uyğunlaşa və özünü formalaşdıra bilməz. Belə olduğu təqdirdə o, sosial cəmiyyətdə problemlərlə rastlaşacaq. Ona görə də, uşağa qayda-qanunu körpəlikdən öyrətmək lazımdır. Bir şeyin onun adətinə, xarakterinə, həyat tərzinə çevrilənəcən, ona başa salmaq lazımdır. Bu zaman onun idarə olunması da asan olacaq”.