Qızının dərdindən qadın intihar etdi

Qızının dərdindən qadın intihar etdi

Quba rayonunda intihar hadisəsi baş verib.

NOCOMMENT-in məlumatına görə, Quba şəhəri 29-cu məhəllədə yaşayan 1968-ci il təvəllüdlü Gülnarə Məmmədova özünü asaraq intihar edib. Onun meyitini ailə üzvləri mənzilin zirzəmisində naqildən asılı vəziyyətdə aşkar ediblər.

İlkin araşdırmalar zamanı məlum olub ki, ailəli, 2 uşaq anası və ali təhsilli G.Məmmədova son aylarda depressiv vəziyyətdə yaşayıb. Belə ki, 54 yaşlı qadın qızının boşanmasını qəbul edə bilməyib və dərin psixoloji sarsıntı keçirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.