Quru sərhədlər iyunun 22-nə kimi açılmalıdır

Quru sərhədlər iyunun 22-nə kimi açılmalıdır

“Quru sərhədlərin açılmasına əsas kimi, digər ölkələrdə epidemioloji şəraitin izlənməsi tamamilə əsassız və məntiqsiz yanaşmadır. Quru sərhədlər 22 iyun tarixinə kimi açılmalıdır”.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bunu Tibb elmləri doktoru, professor Musa Qəniyev deyib.

Professor fikirini belə izah edib: “Hərgah buna indi yox, məsələn, iyul ayının 3-cü ongünlüyündən sonra gedilərsə, günəşin yay ekliptik vəziyyəti – spektral şüalanmanın dominant virusa təsirinin xronoloji fərqliliyi səbəbindən, biz çox ciddi və arzuolunmaz hallarla üzləşə bilərik. Çünki yaxın ünsiyyətin kütləviləşməsi, növbəti fəsli dəyişiklik zamanı, yəni payızda, Covid 19 olmasa da, aqressivləşmiş digər fəsli aktiv viral infeksiyalardan birinin, nəzarətə çətin götürülə biləcək, mütləq artımına səbəb ola bilər.

Bu isə, psixoloji durumu hazırda nisbi də olsa, normallaşmağa başlayan insanlara əsl faciə yaşadar. Biz bunu unutmamalıyıq. Mən bunları bir daha xatırlatmağı özümə mənəvi borc bildim”.