Ramiz Tatarovun cəzası azaldılıb

Ramiz Tatarovun cəzası azaldılıb

Ali Məhkəmədə Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq icra başçısının müavini Ramiz Tatarovun cəzası azaldılaraq 6 ilə endirilib.

NOCOMMENT xəbər verir ki, bu barədə onun vəkili İlham Əsədov sosial şəbəkə hesabında məlumat paylaşıb.

O bildirib ki, məhkəmə prokurorun sabiq icra başçısı Nizaməddin Quliyevə aid 600 min manatlıq əmlakının müsadirədən azad olunması ilə bağlı verdiyi protesti təmin edib: “Əmlaklarla bağlı hissəyə yenidən baxılması üçün iş apellyasiya məhkəməsinə qaytarılıb”.