Rusiya vətəndaşı Kürdəmirdə kanalda boğularaq ölüb

Rusiya vətəndaşı Kürdəmirdə kanalda boğularaq ölüb

Kürdəmirdə kanala düşən avtomobil sudan çıxarılıb.

NOCOMMENT.az xəbər verir ki, rayonun Sor-Sor kəndi ərazisində idarəetmədən çıxaraq Şirvan su kanalına düşən “Toyota” markalı minik avtomobili FHN-nin əməkdaşları tərəfindən kanaldan çıxarılıb, maşının içərisində meyit aşkarlanıb. Meyiti tapılan şəxsin Rusiya vətəndaşı, 27 yaşlı Nimanikin Vadim Andreyeviç olduğu bildirilir. Meyiti aidiyyəti üzrə təhvil verilib.

Fakt araşdırılır.
APA