Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov və digərlərin barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
NOCOMMENT xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası fevralın 21-nə təyin edilib.
Xatırladaq ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Cəfərov 8 il 6 ay azadlıqdan məhrum edilib.












