Sabunçuda fərdi ev yanır

Sabunçuda fərdi ev yanır

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, İ.Anaşkin küçəsində fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.

FHN-dən NOCOMMENT-ə verilən xəbərə görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.