Şagirdlərin məktəbdə zəhərlənməsinin səbəbi açıqlanıb

Şagirdlərin məktəbdə zəhərlənməsinin səbəbi açıqlanıb

Gəncədə şəhər 3 nömrəli tam orta məktəbdə şagirdlər salatdan zəhərlənib.

NOCOMMENT xəbər verir ki, məktəbdən report-a verilən məlumata görə, oktyabrın 7-də 6b sinfində texnologiya dərsində salat hazırlanıb.

“Həmin salatdan 5 nəfər şagird zəhərlənib. Hadisə dərhal valideynlərə bildirilib və həkimə müraciət edilib”, – deyə məktəbdən qeyd edilib.

Məlumata görə, salat üçün bütün məhsulları şagirdlər öz evlərindən gətiriblər.