Şagirdlərin telefonları yığılacaq? – Rəsmi

Şagirdlərin telefonları yığılacaq? – Rəsmi

Şagirdlərdən mobil telefonların yığılması daxili qaydalarla tənzimlənir.

NOCOMMENT xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, bunun mərkəzləşmiş bir qərarla tənzimlənməsini düzgün hesab etmir: “Telefon müəyyən mənada şagirdə lazımdır, valideyni ilə əlaqə saxlayır. Hazırda şagirdlərin dərs prosesi zamanı telefonlarının yığılması mərkəzləşmiş qaydada müzakirə edilmir. Amma ayrı-ayrı məktəblərdə bu səlahiyyət var və icra edə bilirlərsə, mən bunu mümkün hesab edirəm”.