Şəhid ailələrinin üzvləri dövlət qulluğu imtahanından azad edilməlidirlər – TƏKLİF

Şəhid ailələrinin üzvləri dövlət qulluğu imtahanından azad edilməlidirlər – TƏKLİF

“Şəhid ailələrinin birinci dərəcəli üzvləri dövlət qulluğu imtahanından azad edilməlidirlər”.

NOCOMMENT.az xəbər verir ki, Milli Məclisin iclasında deputat Elşən Musayev belə təkliflə çıxış edib.

O bildirib:

“Biz şəhid ailələri ilə görüşlər keçiririk. Onların dövlət qulluğu ilə bağlı suallarına bəzən cavab verə bilmirik. Hesab edirəm ki, şəhid ailələrinin üzvləri verdikləri şəhidlər sayəsində ən böyük imtahanı veriblər”.