Şəmkirdə gecə saatlarında 2 avtomobilin vurduğu piyada ölüb.
NOCOMMENT apa-ya istinadən xəbər verir ki, yaralı xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınmışdı.
Hərəkətdə olan “VAZ-2107” yolu keçmək istəyən 1984-cü il təvəllüdlü Rəhman Məhərrəmovu vurmuşdu. Zərbənin təsirindən piyada qarşıdan gələn avtomobilə çırpılmışdı. 38 yaşlı kişi xəstəxanaya yerləşdirilmişdi.
Faktla bağlı araşdırma aparılır.










