Şəmkirdə 2 nəfəri qatar vurdu

Şəmkirdə iki nəfəri qatar vurub.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bakı-Gürcüstan dəmiryol xəttinin rayonun Zəyəm kəndi ərazisindən keçən hissəsində baş verib.

Qəza nəticəsində Sabir kənd sakini, 2003-cü il təvəllüdlü Nurcan Ələkbər qızı Məmmədova və Gəncə şəhər sakini, 2002-ci il təvəllüdlü Aysel Nizami qızı Həsənova xəsarət alıb.

Qatarın fit səsini gec eşitdiyindən lokomotivin küləyi onları vuraraq kənara atıb. Müxtəlif bədən xəsarətləri alan hər iki şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.