Şirkətlər maaşdan tutulacaq gəlir vergisini kompensasiya edəcək? – VİDEO

Şirkətlər maaşdan tutulacaq gəlir vergisini kompensasiya edəcək? – VİDEO

Gələn ildən etibarən vətəndaşlar üçün müəyyənləşdirilmiş fiziki şəxslərin gəlir vergisiylə bağlı güzəştlərin müddəti başa çatır. Artıq 2026-cı ilin yanvarın birindən etibarən fiziki şəxslərlə bağlı əməkhaqqlarından yeni vergilərin tətbiq edilməsi həyata keçiriləcək. Belə ki təqdim olunan layihəyə əsasən, növbəti ildən etibarən əməkhaqqıları 2500 manatadək olan vətəndaşlarda 3 faiz gəlir vergisi nəzərdə tutulub.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, əgər əməkhaqqı 2500 manatdan çoxdursa, 8000 manatdan azdırsa, o zaman bu rəqəm 10 faiz, əgər 8000 manatdan çoxdursa, o halda 14 faiz tətbiq olunacaq.

Millət vəkili Vüqar Bayramov bildirir ki, növbəti illərdə mərhələli şəkildə faizin miqdarı artacaq. 2027-ci ildə bu rəqəm beş faiz, 2028-ci ildə isə 7 faiz olacaq.

Deputat onu da bildirdi ki, bunu kompensasiya etmək, yəni tutulan verginin işçinin əməkhaqqına təsir edib-etməməsi şirkət rəhəbriliyinin verəcəyi qərardır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.