Şirvan şəhərində abadlıq işlərinə 164 min manatlıq satınalma planlaşdırılır

Şirvan şəhərində abadlıq işlərinə 164 min manatlıq satınalma planlaşdırılır

Azərbaycan Respublikası Şirvan Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Şirvan şəhərində abadlıq işlərinin görülməsi məqsədilə satınalma elan edib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, layihənin ehtimal olunan dəyəri 164.922,70 AZN təşkil edir.

Satınalma çərçivəsində şəhər ərazisində abadlıq və təmir-bərpa işlərinin həyata keçirilməsi nəzərdə tutulur.