Siyəzəndə məktəbli bıçaqlanıb

Siyəzəndə məktəbli bıçaqlanıb

Siyəzən rayonunda məktəbli bıçaqlanıb.

NOCOMMENT-in xəbərinə görə, hadisə aprelin 5-də şəhərin C.Cabbarlı adına 1 saylı tam orta məktəbində qeydə alınıb.

Belə ki, IX sinif şagirdi M.X. (ad, soy adı şərti) mübahisə zəminində X sinif şagirdi F.T.-yə (ad, soy adı şərti) bıçaqla xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılıb və əməliyyat edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, M.X. Siyəzən Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb.

Hadisənin səbəbləri araşdırılır.