Sosial müavinət alanların çoxu qadınlardır

Sosial müavinət alanların çoxu qadınlardır

2022-ci ilin yanvar ayında yaşa görə aylıq sosial müavinət alanların sayı açıqlanıb.

Dövlət Sosial Müdafiə Fondundan (DSMF) NOCOMMENT-ə verilən məlumata görə, ötən ay yaşa görə aylıq sosial müavinət alanların sayı 115 min nəfərdən çox olub.

Onların 16,4%-ni kişilər, 83,6%-ni isə qadınlar təşkil edib.