Sosial Xidmətlər Agentliyi aylığı 22 minə ofis icarəyə götürür

Sosial Xidmətlər Agentliyi aylığı 22 minə ofis icarəyə götürür

İxtisaslaşmış Sosial Xidmət Müəssisəsi üçün ofis sahəsinin icarəsinə 1 il müddətinə 262 320 AZN ödəniləcək.

NOCOMMENT.az xəbər verir ki, İxtisaslaşmış Sosial Xidmət Müəssisəsinin 1093 m² sahəyə malik ofisinin aylıq icarə haqqı 21 860 manat hesablanıb.

Ödəniş Sevinc Şəfa qızı İsgəndərovaya ediləcək.

“Sosial Xidmətlər Agentliyi” publik hüquqi şəxsi və S.İsgəndərova arasında müvafiq müqavilə bağlanıb.