Tahir Məmmədov dördüncü üzüm və şərab festivalının təşkili üçün 156 min manat xərcləmək istəyir

Tahir Məmmədov dördüncü üzüm və şərab festivalının təşkili üçün 156 min manat xərcləmək istəyir

Şamaxı Rayon İcra Hakimiyyəti 4-cü Üzüm və Şərab Festivalının təşkil olunması məqsədilə malların, işlərin və xidmətlərin satın alınması üzrə tender elan edib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, ehtimal olunan qiymət 156.978,06 AZN-dir.

Qeyd edək ki, rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovdur.