Taksidə bu hərəkəti edənlər, 40 manat cərimə olunacaq – XƏBƏRDARLIQ

Taksidə bu hərəkəti edənlər, 40 manat cərimə olunacaq – XƏBƏRDARLIQ

Taksilərdə siqaret çəkilməsi ilə bağlı narazılıqlar son vaxtlar daha çox səslənir. Müzakirələr isə təkcə sərnişinlərin deyil, sürücülərin də avtomobildə siqaret çəkməsi və bunun digər sərnişinlərin rahatlığına təsiri ətrafında aparılır.

Bəs bu məsələdə məsuliyyət kimə düşür və taksilərdə siqaret çəkilməsi ilə bağlı qaydalar nə deyir?

NOCOMMENT.az xəbər verir ki, nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, avtomobildə siqaret çəkmək qadağandır:

“Taksi minik avtomobilində həm sürücünün, həm də sərnişinin siqaret çəkməsinə qanunvericiliklə icazə verilmir.

İnzibati Xətalar Məcəlləsinə əsasən, taksidə siqaret çəkən sərnişin 40 manat məbləğində cərimə oluna bilər. Taksi fəaliyyəti ilə məşğul olan sürücü nəqliyyat vasitəsində siqaret çəkərsə, o, 50 manat məbləğində cərimə edilir”.

Ekspertin sözlərinə görə, məsuliyyət siqareti çəkən şəxsin üzərinə düşür:

“Siqareti sürücü çəkibsə, sürücü, sərnişin çəkibsə, sərnişin cərimələnir. Hətta sürücü sərnişinin razılığı ilə avtomobildə siqaret çəksə belə, bunu səlahiyyətli qurumun əməkdaşı aşkar edərsə, sürücü qanunvericiliyə uyğun olaraq cərimələnə bilər”. (Globalinfo.az)