Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya səfəri sadəcə növbəti rəsmi təmas deyil, həm də Cənubi Qafqazda yeni güc balansının nümayişidir.
NOCOMMENT.az xəbər verir ki, uzun müddətdir gözlənilən bu səfər rəsmi Bakının gərginlikləri arxada qoymaq və konstruktiv dialoqa başlamaq üçün atdığı mühüm addımdır. Prezident İlham Əliyevin Şuşadakı mesajları da təsdiqləyir ki, Azərbaycan artıq keçmişin kölgəsində deyil, milli maraqlarına söykənən müstəqil siyasət yürütməkdə qərarlıdır.
Səfərin ən maraqlı və sensasion detalı isə məhz marşrutun davamıdır. Nazir Bayramovun Moskvadan dərhal sonra Ukraynaya yola düşməsi Bakının heç bir tərəfdən asılı olmayan, çoxvektorlu və cəsarətli xarici siyasət strategiyasının ən bariz göstəricisidir. Bu addım Kremlin uzun illərdir regiona tətbiq etdiyi "təsir zonası" oyununun artıq işləmədiyini, rəsmi Moskvaya isə yeni reallıqlarla barışmaqdan başqa yol qalmadığını diktə edir.
Bakı öz xoşməramlı niyyətini sübut etdi; indi bütün gözlər Moskvanın bu müstəqil iradəyə necə reaksiya verəcəyindədir.
Sara,












