Tanınmış məşqçini qətlə yetirən arvadının istintaqı başa çatıb

Tanınmış məşqçini qətlə yetirən arvadının istintaqı başa çatıb

Bakıda ərini qətlə yetirməkdə təqsirləndirilən Əfsanə Qalabəylinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

NOCOMMENT apa-ya istinadən xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Siyavuş Hacıyevın icraatına verilib.

Qeyd edək ki, hadisə sentyrabrın 2-də Xətai rayonu ərazisində qeydə alınıb. Əfsanə Qalabəyli özündən 13 yaş böyük olan həyat yoldaşını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

Onu da bildirək ki, N.Qalabəyli kikboksinq üzrə tanınmış məşqçi idi. O, “Sərhədçi” idman kompleksində çalışırmış.

Ailənin 4 övladı var, onlardan 3-ü oğlan, biri isə qızdır.