Təyyarəçilərimiz MiQ-29-larla döyüş manevrləri icra ediblər – VİDEO

Təyyarəçilərimiz MiQ-29-larla döyüş manevrləri icra ediblər – VİDEO

Döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin (HHQ) təlim uçuşları keçirilib.

Müdafiə Nazirliyindən NOCOMMENT-ə verilən məlumata görə, ssenariyə əsasən MiQ-29 tipli təyyarələrlə kiçik və orta hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra edilib.

Təlimlər zamanı pilotlar tərəfindən şərti düşmənin hava hücumundan müdafiə vasitələrindən yayınmaqla onun yerüstü hədəflərinin koordinatlarının təyin edilməsi və hava döyüşlərinin aparılması üzrə tapşırıqlar məşq olunub.

Təlimlərdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.