Toy STATİSTİKASI: Yüzədək şəxs şənliyə buraxılmadı

Toy STATİSTİKASI: Yüzədək şəxs şənliyə buraxılmadı

Fevralın 17-də DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 54 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən NOCOMMENT-ə bildirilib ki, monitorinq şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.

Monitorinq zamanı 93 nəfər COVİD-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.