Toyuq dönərinin satışına qadağa qoyulub? – AÇIQLAMA

Toyuq dönərinin satışına qadağa qoyulub? – AÇIQLAMA

“Azərbaycanda toyuq dönərinə qadağa qoyulmayıb”.

NOCOMMENT xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, toyuq dönərlərinin hazırlanması haqqında standartlar var idi: “Müvafiq qurum ləğv olunandan sonra həmin standartlar könüllülük fəaliyyəti daşıyır. Toyuq və ət dönərinin hazırlanmasında müəyyən sanitariya qaydaları var və onlara əməl olunmalıdır”.