Ulduz metrostansiyasının yaxınlığında yanğın başlayıb

Ulduz metrostansiyasının yaxınlığında yanğın başlayıb

“Ulduz” metrostansiyasının yaxınlığında yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, FHN-in (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonunda “Ulduz” metrostansiyasının yaxınlığında açıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. İlkin məlumata əsasən, təqribən 50 m² sahədə məişət tullantıları və mazut qalıqları yanır.

Əlavə məlumat veriləcək.