“Universitetdə son dövrdə heç bir əməkdaş işdən azad olunmayıb”.
NOCOMMENT xəbər verir ki, bu barədə Azərbaycan Texnologiya Universitetinin Mətbuat Xidmətinin oxu-ya verdiyi cavabda qeyd edilib.
Bildirilib ki, universitetdə hər bir müəssisədə olduğu kimi müqavilə müddəti bitdiyinə görə, yaxud öz ərizəsi ilə işdən ayrılanlar olub: “Sadəcə bəzi maraqlı dairələr universitetdə gedən islahatları qəbul etmirlər, işdən öz ərizəsi ilə çıxmış sabiq əməkdaşlardan bu və digər şəkildə sui-istifadə edərək Azərbaycan Texnologiya Universitetinin imicinə zərər gətirməyə çalışırlar”.
Qeyd edək ki, bu gün sözügedən təhsil ocağının rəhbəri Yaşar Ömərovun əməkdaşlara ünvanlanmış təhdid dolu səs yazısı yayılıb.










