Üzr videoları necə çəkilir? – AÇIQLAMA

Üzr videoları necə çəkilir? – AÇIQLAMA

“Peşmançılıq-üzrxahlıq hüquqazidd əməlin qəsdlə yox, ehtiyatsızlıqdan törədilməsini ifadə edir. Qanunvericilikdə bununla bağlı xüsusi qadağa sanksiyalaşdırılmır”.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bunu bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev deyib.

O, bildirib ki, üzrxahlıq hüquqi metodoloji baxımdan islahedici, çəkindirici xarakter daşıyır: “Buna ictimai qaydaya etinasız yanaşan insanlar ibrət nümunəsi kimi baxa bilər.

Əgər bir şəxs öz əməlini etiraf edib, səmimi peşmançılığını ifadə edirsə, burada qəbahət yoxdur. Başqa sözlə, elə şəxslər var, “peşman deyiləm, yaxşı eləmişəm”, – deyə bildirməsi hüquqi nonsens sayılmırmı? Səhvdən, neqativ əməldən sonra peşmançılıq hissi necə olmalıdır, səhv edən insan özünü günahkar saymalıdırmı? Əlbəttə, insanların ictimai davranışlarına, tutduğu mövqeyə, dünyagörüşünə görə fərqli yanaşmaların olması anlaşılandır”.