Vüqar Behbudov iki yeni filial yaratdı, müdirlər təyin etdi

Vüqar Behbudov iki yeni filial yaratdı, müdirlər təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyində struktur dəyişikliyi olub.

NOCOMMENT.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov əmr imzalayıb.

Belə ki, Sosial Xidmətlər Agentliyinin Bakı filialı ləğv edilib. İki yeni filial - Sosial ehtiyacların qiymətləndirilməsi üzrə Mərkəzi Filial və İxtisaslaşdırılmış sosial xidmətlər üzrə Mərkəzi Filial yaradılıb.

Raqif Arif oğlu Zamanov Sosial ehtiyacların qiymətləndirilməsi üzrə Mərkəzi Filialın müdiri təyin edilib. O, buna qədər Bakı filialının müdiri olub.

Dördüncü Yüksəliş müsabiqəsinin qalibi Nicat Qocayev isə İxtisaslaşdırılmış sosial xidmətlər üzrə Mərkəzi Filialın müdir müavini təyin olunub.

Xəbəri Agentliyin mətbuat xidmətindən təsdiqləyiblər.

Qeyd edək ki, Sosial Xidmətlər Agentliyi bütün ölkəni əhatə edən 14 filialı və 21 müəssisəsi ilə vətəndaşlara xidmət göstərir. (Unikal)

Bizim Telegram səhifəsinə abunə olun