Vüqar Səfərli müalicə müəssəsinə yerləşdirilib

Vüqar Səfərli müalicə müəssəsinə yerləşdirilib

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq icraçı direktoru Vüqar Səfərlinin səhhətində problemlər yaranıb.

NOCOMMENT xəbər verir ki, bu barədə onun vəkili Hikmət Əliyev sosial şəbəkədə paylaşım edib.

O bildirib ki, müvəkkili Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müalicə müəssəsinə köçürülüb.

V.Səfərlinin səhhətində konkret hansı problemin olduğu açıqlanmayıb.

“Müdafiə etdiyim şəxs bir neçə gün əvvəl müalicə müəssəsinə yerləşdirilib. Vüqar Səfərli hazırda müalicəsini orada davam etdirir”, – deyə vurğulayıb.

Xatırladaq ki, V.Səfərli 2021-ci ilin yanvarında həbs edilib.