“WizzAir” aviaşirkəti Romadan müxtəlif istiqamətlərə yeni uçuşlar həyata keçirəcək.
NOCOMMENT xəbər verir ki, aviaşirkət bu barədə tviter hesabında paylaşım edib.
Paylaşımda verilən məlumata görə, İtaliya paytaxtından havaya qalxacaq təyyarələr üçün yeni istiqamətlər sırasında Kastelyon, Əbu Dabi, Lüksemburq və Küveytlə yanaşı Bakı da var.
Roma-Bakı aviareyslərinə 2023-cü il mayın 1-dən start veriləcək. Uçuşlar həftədə iki dəfə olmaqla bazar ertəsi və cümə günlərində baş tutacaq.
Yeni aviareyslər üçün biletləri artıq indidən sifariş etmək mümkündür.
Qeyd edək ki, “WizzAir” dünyanın nisbətən münasib qiymət siyasəti yürüdən aviaşirkətlərindən biri kimi tanınır.











