Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Kəlbəcər rayonuna səfəri başa çatıb.
NOCOMMENT.az xəbər verir ki, xarici diplomatlar rayonun İstisu qəsəbəsində olub, İstisunun müalicəvi mineral bulaqlarına baş çəkib, həmçinin, Kəlbəcər balının dadına baxıblar.
Bundan əvvəl onlar Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi, “Kəlbəcər-1” su elektrik stansiyasında (SES) görülən işlərlə də tanış olublar.















