Xırdalanda isə avtomobil gənc qızı vurub

Xırdalanda isə avtomobil gənc qızı vurub

Abşeron rayonunda 22 yaşlı gənc qızı avtomobil vurub.

NOCOMMENT-in məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, 2000-ci il təvəllüdlü Abbasova Nigara Baba qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ mil sümüyünün sınığı diaqnozu qoyulub.

Fakt araşdırılır.