Yarış: Azərbaycan Ordusunun ən yaxşı snayperi – VİDEO

Yarış: Azərbaycan Ordusunun ən yaxşı snayperi – VİDEO

2022-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilir.

Müdafiə Nazirliyindən NOCOMMENT-ə verilən məlumata görə, 6 mərhələdən ibarət olan yarışda hərbi qulluqçular “Snayper müdafiədə”, “Snayper hücumda” və digər mövzular üzrə atəş çalışmalarında öz bacarıqlarını nümayiş etdirirlər.

Yarışın keçirilməsində əsas məqsəd hərbi qulluqçuların hazırlıq səviyyəsinin yoxlanılması və Azərbaycan Ordusunda ən yaxşı snayperin müəyyən olunmasıdır.

Yarış aprelin 15-dək davam edəcək