Paytaxtın Suraxanı rayonu Abbas Fətullayev küçəsi ilə Yeni Günəşlinin D massivini birləşdirən yolda zolaqlar silinib, xəbərdaredici nişanlar və işıqforlar yoxdur.
NOCOMMENT.az xəbər verir ki, bu hadisə də öz növbəsində avtomobillərin hərəkətini çətinləşdirib.
Sürücülər bildirib ki, bu kimi hallar ərazidə tez-tez yol-nəqliyyat hadisələrinin yaranmasına səbəb olur.
Məsələ ilə bağlı aidiyyatı qurumlara sorğu ünvanlansa da, məsələnin onların səlahiyyətində olmadığını deyiblər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.












