Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə iclasında zərərçəkmiş ifadə verib.
NOCOMMENT report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Rasim Bayramov bildirib ki, uzun illər zərgərliklə məşğul olub.
O deyib ki, M.Mahmudov ona 335 min manat ziyan vurub: “Maqsud mənim malımı götürüb satıb, pulları isə mənimsəyib. Onu çoxdan tanıyıram. Özüm almaz mağazası işlətmişəm. Birgə iş görmüşük, ona etibar etmişəm. İnanmazdım ki, Maqsud mənə qarşı belə hərəkət edər. Ona 400-ə yaxın gümüş vaza vermişəm. XIX əsrə aid olan antikvar əşyalarımı ələ keçirib. Bu əşyalar babalarımdan qalıb”.
Məhkəmə davam edir.












