Tanınmış aparıcı ilə bağlı ŞOK açıqlama yayıldı - Sən demə...

Tanınmış aparıcı ilə bağlı ŞOK açıqlama yayıldı - Sən demə...

Məşhur sənətçi Yılmaz Morgül qatıldığı "Survivor" yarışmasından kənarlaşdırılma prosesinin pərdəarxası məqamlarını danışıb. Əslində adada qalmaq üçün 2 həftəlik müqavilə bağladığını, buna baxmayaraq aylarla orada saxlanıldığını bildirən ifaçı, adadan öz istəyi ilə ayrıldığını etiraf edib. Sənətçi, "Aclıqdan ölürdüm, Acun bəyin ayağına qapanıb bir tikə çörək istədim; xəstəxanaya yerləşdiriləndə isə mənə nə edirsinizsə edin, bu həftə məni SMS səsverməsinə daxil edib göndərin dedim" sözləri ilə diqqət çəkib.

NOCOMMENT.az xəbər verir ki, Türk sənət musiqisinin güclü səslərindən olan Yılmaz Morgül "Survivor"da keçirdiyi çətin günlər və adadan ayrılma prosesi ilə bağlı illərlə danışılacaq etiraflar edib.

"Survivor"a qatılanda əslində uzun müddət qalmağı planlaşdırmadığını ifadə edən Yılmaz Morgül, proqramın prodüserləri ilə razılaşma əldə etdiyini vurğulayaraq, "Yarışma üçün əslində 2 həftəlik müqavilə imzalamışdım. Lakin məni 2.5-3 ay buraxmadılar" ifadələrini işlədib.

Yılmaz Morgül'den çok konuşulacak sözler: Acun Ilıcalı'nın ayağına kapandım

Adadakı ağır şəraitin və aclığın onu tükənmə nöqtəsinə gətirdiyini bildirən Morgül, prodüser Acun Ilıcalı ilə yaşadığı həmin dramatik anı bu sözlərlə nəql edib: "Artıq aclıqdan ölürdüm. Ayağına qapandım, 'Acun bəy, mənə bir tikə çörək qırıntısı ver, aclıqdan ölürdüm' dedim. Ondan sonra isə xəstəxanaya qaldırıldım".

Xəstəxanaya yerləşdirildikdən sonra adadan tamamilə ayrılmağı qarşısına məqsəd qoyduğunu qeyd edən tanınmış sənətçi, yarışmadan uzaqlaşdırılma planının arxasındakı həqiqəti də açıq şəkildə etiraf edib: "Xəstəxanaya aparılandan sonra Acun Ilıcalıya dedim ki, məni dərhal göndərirsiniz. Həmin həftə 3 nəfər SMS səsverməsinə çıxmışdı. Nə edirsinizsə edin, məni də o 3 nəfərin arasına salın və göndərin dedim. Adadan bu şəkildə ayrıldım"./Musavat.com/