İran Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) qarşı kütləvi kombinə edilmiş hücuma başlayıb. Beynəlxalq media qurumlarının yaydığı təcili məlumata görə, Tehran eyni vaxtda ballistik raketlər, qanadlı raketlər və kamikadze dronlar vasitəsilə hədəflərə zərbələr endirir.
NOCOMMENT.az xəbər verir ki, hücumun miqyası və hədəfləri barədə hələlik dəqiq məlumat verilməsə də, bölgədə vəziyyətin son dərəcə gərgin olduğu bildirilir. BƏƏ-nin müdafiə sistemlərinin hücumun qarşısını almaq üçün tam gücü ilə çalışdığı qeyd olunur. Bu hadisə Yaxın Şərqdə onsuz da mövcud olan gərginliyi pik həddə çatdırıb və bölgənin böyük bir müharibə alovuna bürünməsi riskini artırıb.
Sara
NOCOMMENT.az











