Sentyabrın 10-u üçün teledərslərin cədvəli açıqlanıb

Sentyabrın 10-u üçün teledərslərin cədvəli açıqlanıb

“Mədəniyyət” telekanalı və “Təhsil” televiziyasının “Facebook” səhifəsində yayımlanan “Dərs vaxtı” proqramının sentyabrın 10-u üçün nəzərdə tutulan cədvəli açıqlanıb.

Təhsil Nazirliyindən NOCOMMENT.az -a verilən məlumata görə nazirlik dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.

“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər tədris edilən mövzuları Təhsil Nazirliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Facebook” səhifəsindən, videodərslər portalından (https://video.edu.az/), eyni zamanda, “Təhsil” televiziyasının “Facebook” səhifəsindən izləyə bilərlər.